American Motors Corporation (AMC) — 1954-cü ildə Nash-Kelvinator Korporasiyası və Hudson Motor Avtomobil Şirkətinin birləşməsi ilə qurulmuş amerikan avtomobil şirkəti olmuşdur. Bu ittifaq həmin dövr üçün amerikan tarixində ən böyük korporativ birləşmə olmuşdur.
AMC-nin Chrysler şirkətinə satılması ilə bağlı danışıqlara 1985-ci ildə başlanmış, 1987-ci ilin 9 mart tarixində Chrysler AMC-nin Renault aksiyalarını, həmçinin yerdə qalan bütün aksiyalarını 1.5 milyard ABŞ dolları müqabilində satın almışdır.